ABŞ İranın peyvənd əldə etməsinə əngəl törədir

ABŞ İranın peyvənd əldə etməsinə əngəl törədir

Hazırda oxunan: ABŞ İranın peyvənd əldə etməsinə əngəl törədir

6507

İran Prezidenti Həsən Ruhani ABŞ-ı Tehranın koronavirus peyvəndi əldə etməsinə əngəl törətməkdə günahlandırıb.

“RİA Novosti”yə istinadən verilən məlumata görə İran prezidenti Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatını qorxutmaqdan da çəkinmədiyini qeyd edib.

“Amerika Birləşmiş Ştatları bizim üçün peyvənd, dərman və qida məhsulları, eləcə də kənardan almaq istədiyimiz digər mallarla bağlı problemlər yaradır”, - deyə Ruhani əlavə edib.

Bəzi şərhçilər ABŞ-ın bu mövqeyinin İrana qarşı yeni sanksiyalar dalğasının ilk addımları olduğunu qeyd edir. Xüsusilə tibbi ləvazimatlar sahəsində tətbiq olunan sanksiyalar İranı olduqca çətin günlərin gözlədiyinin xəbərçisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO