Erməni sülhməramlısı Azərbaycanla dostluğa çağırır - VİDEO

Erməni sülhməramlısı Azərbaycanla dostluğa çağırır - VİDEO

Hazırda oxunan: Erməni sülhməramlısı Azərbaycanla dostluğa çağırır - VİDEO

6473

Rus blogger Aleksey Romanov öz youtube kanalında erməni sülh aktivisti Georgi Vanyan ilə müsahibəsini yayımlayıb. Georgi Vanyan 44 günlük müharibə ərzində Ermənistan baş naziri Nikol Paşinyana dəfələrlə açıq məktub ünvanlayaraq bu biabırçı müharibəni dayandırmasını istədiyini bildirib.

Ermənistandakı insan haqları və sülh cağırışları istiqamətində fəaliyyətinə görə bir müddət Almaniyada mühacir həyatı yaşamağa da məcbur olan Vanyan, bu müraciətinin, sosial şəbəkədəki paylaşımlarının qarşılığında təqib olunub və 1 milyon erməni dramı məbləğində pul cəzası alıb. Hazırda Vanyan Ermənistanda təmamilə işsizdir, kiçik bir evdə yaşayır və bütün layihələrinin əngəlləndiyindən şikayətlənir.

Ermənistanda demokratiyanın və insan haqqlarının vəziyyətinə münasibət bildirərkən o, “Kazarmada demokratiya ola bilərmi?” ritorik sualı ilə cavab verir.

Vanyan Ermənistanda həqiqi inqilabın olmadığını düşünür. Petrosyan, Köçaryan və Sarksiyanı, sadəcə olaraq Paşinyan əvəz eləyib, mühüm və həyati məsələlərdə isə hər hansı dəyişiklik baş verməyib. O, 1988-ci ildən etibarən Qarabağ klanının universitetlərdən, müxalifətə qədər hər yeri öz əlində saxladığını, Ermənistan Qarabağ klanı üçün bir kazarmadan başqa bir şey olmadığını düşünür.

 


Vanyan Qarabağda baş verənlərin günahının bütün ermənilərin çiyinlərində olduğunu qeyd edir. 30 il ərzində oğurlanmış bütün sərmayənin erməni xalqına aid olduğunu, Dağlıq Qarabağ mövzusunda erməni xalqının 30 il aldadıldığını da əlavə edir.


Vanyan Ermənistanın 27 il bütün dünyaya qalib obrazını göstərdiyini, lakin bu gün Ermənistanın təmamilə boşaldığını təəssüf hissi ilə ifadə edir. Bu gün Ermənistan ABŞ-dır, Moskvadır, çünki orda daha çox erməni yaşayır, ermənilər oranı öz vətənləri kimi görürlər, deyir Vanyan.

Evlərin yandırılması məsələsinə münasibət bildirərkən isə bunun adi insanlar tərəfindən edilmədiyini, daha çox idarə olunan proses olduğunu qeyd edir.

Onun fikrincə, hətta prezidentin çıxışlarında da bunun ip uclarını görmək mümkündür, bu münaqişəni davamlı olması üçün bir mesajdır. Qarabağdan ermənilərin köçdüyü kadrlara baxanda insanların necə kasıb yaşadığını açıq aydın görmək olur.

Vanyan hazırkı Ermənistan rəhbərliyini münaqişəyə yenidən başlamaq üçün 5 il müddətində hazırlıq görmək istədiyini qeyd edir. Ancaq kim gedəcək müharibəyə?Londonda yaşayan ermənilərin, yoxsa müxalifət rəhbərlərinin övladları?

O, müharibə nəticəsində Ermənistanın öz süverenliyini itirdiyini, Rusiyadan tam asılı olduğunu düşünür. Vanyana görə, artıq Ermənistanın Şimali Osetiya qədər belə azadlığa malik deyil.

 

Münaqişədə həm diplomatik və də hərbi güc olaraq Azərbaycanın üstün olduğunu qeyd edən Vanyan digər tərfədən Azərbaycanı Ermənistanın yeganə müttəfiqi adlandırır. Azərbaycan və Ermənistan Rusiyanın iştirakı olmadan bir masada oturmalı və öz problemlərini həll etməyi bacarmalıdırlar deyə, o əlavə edir.

 

Vanyan münaqişənin nizamlanmasında həm Azərbaycanın, həm də Ermənistanın məğlub olduğunu düşünür

Bu gün Azərbaycan 27 il əvvəl Ermənistanın olduğu kimi eyforiya yaşayır. Bu gün ermənilərin əksəriyyəti isə dialoqdan daha çox revanşa meyllidir. Lakin sülh və qarşılıqlı dialog hər iki xalqın düşüncəsində, qəlblərində başlaya bilər. Yenidən Xocalı, Sumqayıt hadisələrinin baş verməməsi üçün bu zəruridir.

Rəvan Əliyev, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO