Bazar ertəsi iki yüzə yaxın Ermənistan vətəndaşı Rusiyanın İrəvandakı səfirliyi yaxınlığında Ukraynada keçirilən xüsusi hərbi əməliyyata dəstək aksiyasında iştirak edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, mitinq yerli xəbər kanalları tərəfindən canlı yayımlanıb.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda aksiya keçirilir - Spikerin çıxışına etiraz
“Mən və yoldaşlarım Donbasda rus qardaşlarımızla döyüşməyə hazırıq. Rus xalqı qardaşdır, Rusiya bizim strateji müttəfiqimizdir”, - deyə etirazçılardan biri Ruben Çaturyan bildirib.
Şəhər sakinləri "Rusiya, Rusiya!" deyə qışqıraraq Ermənistan və Rusiyanın bayraqlarını göyə qaldırıblar. Onlar həmçinin səfirliyə məktub göndərərək, hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərini təşkil etmək xahişi ilə müraciət ediblər.
Bizim.Media