Xəbər verdiyimiz kimi, bu gün İsrailin Prezidenti İsaak Herzoq Türkiyəyə rəsmi səfər edib.
Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçirib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə və İsrail prezidentlərinin görüşü başladı
Türkiyə lideri bildirib ki, İsraillə qarşılıqlı hörmətə əsaslanan siyasi dialoqun yenidən canlandırılmasının tərəfdarıdır.
Türkiyə lideri İ.Herzoqun ölkəsinə səfərini tarixi hadisə kimi qiymətləndirib.
"Bu səfərin Türkiyə-İsrail əlaqələrində yeni bir dönüş nöqtəsi olacağına inanıram. Bölgəmizdə sülh, sabitlik və birgəyaşayış mədəniyyətinin hakim olmasına töhfə vermək bizim əlimizdədir", - Ərdoğan qeyd edib.
Bizim.Media