Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə baş nazirin saytı məlumat yayıb.
Bildirilib ki, səfər zamanı Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşəcək, həmçinin Ambisiyalar: Ermənistan-Fransa forumunda iştirak edəcək.
Fransaya göndərilən nümayəndə heyətinin tərkibində xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anait Avanesyan, ərazilərin idarəedilməsi və infrastruktur naziri Qnel Sanosyan və digər rəsmi şəxslər olub.
“Ambisiyalar: Ermənistan-Fransa” forumu çərçivəsində iki ölkənin hökumət üzvləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Bizim.Media
- A-
- A
- A+
Region
10:38 / 09.03.2022
Paşinyanın Parisə işgüzar səfəri başladı
Hazırda oxunan: Paşinyanın Parisə işgüzar səfəri başladı
Hazırda oxunan: Paşinyanın Parisə işgüzar səfəri başladı
63767
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.