Rusiya neftindən qaçan Qərb üzünü İrana tutacaq – Millət vəkilindən PROQNOZ

Rusiya neftindən qaçan Qərb üzünü İrana tutacaq – Millət vəkilindən PROQNOZ

Hazırda oxunan: Rusiya neftindən qaçan Qərb üzünü İrana tutacaq – Millət vəkilindən PROQNOZ

63546

“Birjalarda neftin qiyməti son 10 ildə rekord səviyyədə yüksələrək 1 bareli 130 dollara çatıb. ABŞ Dövlət Katibinin Rusiya neftindən imtina müzakirələrinin aparıdığı  ilə bağlı açıqlamasından sonra neft bazarına psixoloji təzyiqlər güclənib.

Digər tərəfdən, ABŞ qanunverici orqanı da Rusiyanın yalnız xam netfindən deyil, həmçinin enerji məhsullarından imtina ilə bağlı araşdırmaların aparıldığı bildirib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov öz sosial şəbəkə hesabından yazdığı statusda qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin yeni CƏZA TƏDBİRİ - Soyadı “ov” və “yev” ilə bitənlər ABŞ və Avropaya buraxılmayacaq?


Deputatın sözlərinə görə, enerjiyə olan tələbat Qərbi İran kimi alternativ bazarlara yönləndirəcək:

“Bu arada Qərb ölkələrinin İranı yenidən neft bazarına qaytarmaqla danışaqlar apardığı bəlli olub. 157 tirlyon barel neft ehtiyatlari ilə dünyada 4-cü ən böyük rezervlərə malik olan cənub qonşumuz gündəlik 2.4 milyon barel neft hasil edir. Gündəlik 1 milyon barelə yaxın xam neft ixracatı olan İran dünya rezervlərinin 1/10-ə malikdir.

Bununla belə, İran gündəlik neft hasilatını qısa zamanda sanksiyalardan əvvəlki səviyyəyə- gündəlik 4.5 milyon barelə çatdırmaq imkanlarına malikdir. Bu isə cənub qonşumuzun daha qısa zamanda qlobal neft bazarına daxil ola biləcəyi anlamına gəlir”.

Vüqar Bayramov qeyd edib ki, proseslərin bu cür gedişi Rusiyanın əlehinə olacaq:

“Qərb daha qısa zamanda Rusiyanın gündəlik 5 milyon barellik neft ixracatını alternativ mənbələr hesabına əvəzləməyə çalışır. Bu isə o deməkdir, Qərb ölkələri qərarlı olduqları halda Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün heç də uzaqda deyil.

Rəsmi Vaşinqtonun OPEC-ə hasilatın artırılması ilə bağlı açıq mesajlar göndərəcəyi də gözləniləndir. Bununla da Qərb OPEC vasitəsi ilə Rusiya ixracatına digər alternativ mənbənin əldə edilməsinə və qiymətlərin kəskin artımının qarşısını almağa çalışağı istisna deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO