Uşaqları azərbaycanlıların qarşısına göndərirdilər ki...” - Erməni KİV-ləri yazır

Uşaqları azərbaycanlıların qarşısına göndərirdilər ki...” - Erməni KİV-ləri yazır

Hazırda oxunan: Uşaqları azərbaycanlıların qarşısına göndərirdilər ki...” - Erməni KİV-ləri yazır

6326

Ermənistan KİV-ləri dünən İrəvanda keçirilən mitinq zamanı polislərin kobud davranışı və onların diqqət çəkən hərəkətləri haqqında yazıblar.

Erməni jurnalistlərinin diqqətini çəkən əsas amil mitinqlərin dinc şəkildə keçirilməsinə baxmayaraq, polis qüvvələrinin tam döyüş hazırlığı ilə meydana cəlb edilməsi olub. Onlar hətta fotokollaj hazırlayaraq erməni hərbçisi ilə Paşinyanı qoruyan polislərə verilən dəyərin müqayisəsini də aparıblar.

Erməni mediası bununla bağlı yazır:

“Fotonun bir hissəsində dünən erməni polisinin İrəvanda dinc aksiya keçirən mülki şəxsləri necə həbs etməsi görünür. Onlar ikitərəfli zirehi olan xüsusi jiletlərdədirlər. İkinci fotoda isə silahlı qüvvələrimiz əks olunub. Yəni müharibə zamanı 5 əsgərimizin döyüş bölgəsindəki görüntüsüdür. Yalnız 5 əsgərdən birində dəmir dəbilqə var.

Biz hələ zirehli jiletin gözə dəyməməsindən danışmırıq. Yüzlərlə fakt aşkarlandı ki, əsgərlərimiz məhz bu cür təminatın olmaması səbəbindən ağır qəlpə və güllə yaraları alaraq anındaca həyatlarını itirdilər. Başqa sözlə, hökumət minlərlə polisi təhlükə vəd etməyən etirazçılara qarşı yeni zirehli geyimlərlə təmin edə bilir, amma döyüşlərə qatılan əsgərləri bundan məhrum edib. Hansılar ki, hər saniyə onlar ölüm təhlükəsi ilə üz-üzə qalırdı. Heç polislər bu geyimlərini əsgərlərimizlə də paylaşmadılar”.

Məqalədə daha sonra maraqlı bir nümunə xatırladılıb:

“Eçmiədzindəki hərbi hissə komandiri olan Arsen Abqaryan buna bənzər biabırçılıqlar haqqında danışmışdı. O demişdi ki, general Andranik Makaryan 26 hərbi əməliyyata rəhbərlik edib və bilirdi ki, əsgərlərinin zirehli geyimləri yox idi.

Amma bu əskiklik generalın hərbi əməliyyatlara davam etməsinə mane olmurdu. İtkin düşən əsgərlərdən birinin yaxını sual etdikdə ki, niyə hərbi hazırlıq keçmiş əsgərlərə əl qumbaraları vermirdiniz, komandirlər belə cavab vermişdilər:

“Biz onlara ona görə əl qumbaraları vermirdik ki, birdən avtobusda qumbara ilə oynayarlar və digər hərbçilərə də xələl yetirərlər”. Beləcə, uşaqları azərbaycanlıların qarşısına göndərirdilər ki, biz 5 min itki verdik, əvəzində 35 min əsgəri qorumağı bacardıq desinlər...”. (Azvision)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO