Keçmiş həyat yoldaşının sevgilisini qətlə yetirən şəxsdən YENİ XƏBƏR 

Keçmiş həyat yoldaşının sevgilisini qətlə yetirən şəxsdən YENİ XƏBƏR 

Hazırda oxunan: Keçmiş həyat yoldaşının sevgilisini qətlə yetirən şəxsdən YENİ XƏBƏR 

63000

Göyçayda keçmiş həyat yoldaşının sevgilisini qətlə yetirən şəxs barəsində olan cinayət işinin istintaqı yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, qətldə təqsdirləndirilən Mirzəyev Fərid Rza oğlunun cinayət işinin istintaq materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Nahid Mirzəyevin icratına verilib. 

İş üzrə məhkəmə prosesinin vaxtı yaxın günlərdə məlum olacaq. 

Xatırladaq ki, hadisə ötən il noyabrın 16-da Göyçay rayonunun Nərimanov küçəsindəki evdə baş verib. 

Fərid Mirzəyev keçmiş həyat yoldaşı S.Ağayeva ilə Vüsal arasında münasibətin olması və onların qeyri-rəsmi ər-arvad kimi yaşamasını öyrəndikdən sonra onu öldürmək qərarına gəlib.

Bu məqsədlə o, özü ilə gətirdiyi bıçaqla 32 yaşlı Vüsal Məmmədova çoxsaylı zərbələr endirib. Döş qəfəsi və qarın boşluğundan öldürücü xəsarətlər alan Vüsal xəstəxanaya çatdırılısa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı cinayət işi başlanıb. Fərid Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

O, hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO