Türkiyəli deputatlar Azərbaycana gəldi - FOTO 

Türkiyəli deputatlar Azərbaycana gəldi - FOTO 

Hazırda oxunan: Türkiyəli deputatlar Azərbaycana gəldi - FOTO 

62416

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Milli Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım və TBMM-in Aqrar komissiyasının sədri Yunus Kılıç ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Spiker qardaş ölkə parlamentinin üzvlərini səmimiyyətlə salamlayaraq, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bu gün ən yüksək səviyyədə olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin sədri Aİ-nin Azərbaycandakı nümayəndəsi ilə görüşdü - FOTO 


O, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iki ölkənin dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan və Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu diqqətə çatdırıb.

Spiker Sahibə Qafarova bu günlərdə Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının 30-cu ildömünün tamam olduğunu, bu soyqrımının dünya miqyasında tanıdılmasında qardaş ölkə parlamentarilərinin və diaspor təşkilatlarının da rolunu minnətdarlıqla qeyd edib.

Səmimi görüş üçün təşəkkürünü bildirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini, bütün məsələlərdə bir-birini dəstəklədiyini qeyd edib.

Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olduğunu deyən Şamil Ayrım əminliyini ifadə edib ki, Xocalı soyqırımının beynəlxalq arenada, dünya parlamentlərində qəbul edilməsi ilə bağlı aparılan işlər müsbət nəticə verəcək.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO