Rusiya-Ukrayna danışıqları başladı - Nümayəndə heyətlərində kimlər var? - VİDEO

Rusiya-Ukrayna danışıqları başladı - Nümayəndə heyətlərində kimlər var? - VİDEO

Hazırda oxunan: Rusiya-Ukrayna danışıqları başladı - Nümayəndə heyətlərində kimlər var? - VİDEO

62376

Rusiya və Ukrayna nümayəndə heyətləri bu gün ilk danışıqlarını aparır. Tərəflərin görüşü Belarusun Qomel vilayətində, Pripyat sahilində keçirilir.

Bizim.Media BELTA agentliyinə istinadən xəbər verir ki, danışıqlarda Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edib.

Buraya müdafiə nazirinin müavini, xarici işlər nazirinin müavini Andrey Rudenko, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov da daxil olub.

Ukrayna tərəfini xarici işlər nazirinin müavini Nikolay Toçitski, müdafiə naziri Aleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak, “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya, Ali Radanın deputatı Rustem Umerov və Ukrayna nümayəndə heyətinin birinci müavini Andrey Kostin təmsil edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO