Paşinyan: “Sərhədlərimizdən 1 millimetr də geri çəkilməmişik”

Paşinyan: “Sərhədlərimizdən 1 millimetr də geri çəkilməmişik”

Hazırda oxunan: Paşinyan: “Sərhədlərimizdən 1 millimetr də geri çəkilməmişik”

6198

“Hazırda dezinformasiya axını yaşanmaqdadır”

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, bir hadisə haqqında müxtəlif resurslardan yüzlərlə paylaşım edilir:

“Azərbaycanla sərhəddə baş verənləri demarkasiya və delimitasiya saymaq olmaz. Biz Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən 1 millimetr də geri çəkilməmişik və bundan söhbət belə gedə bilməz”.

Paşinyanın sözlərinə görə, Sünik bölgəsində sərhəd xidmətlərinin mövqeləri müəyyənləşdirilir və bu işin öz çətinlikləri var:

“Biz inanırıq ki, bu işlər aparılmalıdır və prosesin həm adıçəkilən bölgə, həm də Ermənistana faydaları var. Bu işlərlə biz yeni təhlükəsizlik sistemi formalaşdırırıq”.

Paşinyanın fikrincə, yalnız iki yaşayış məntəqəsi ilə bağlı problem yaşana bilər.

“O da Vorotan (Şahverdilər-red) və Şurnuxu kəndləridir ki, həmin ərazilərdə hər gün müvafiq işlər aparılır”,- deyə Paşinyan fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO