"Xüsusi əməliyyat zamanı əsas toqquşmalar nizami Ukrayna qoşunları ilə deyil, millətçi birləşmələrlədir".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. O qeyd edib ki, Rusiya əsgərləri öz vəzifəsini uğurla yerinə yetirirlər:
MÖVZU İLƏ BAĞLI:
Rusiya - Ukrayna müharibəsi – ONLAYN XRONİKA
V.Putin Ukrayna hərbçilərinə səslənərək vurğulayıb ki, onlar hakimiyyəti ələ keçirməlidirlər:
“Ukraynadakı nasistlər terrorçu kimi davranır, Kiyev və Xarkovda çoxsaylı reaktiv yaylım atəşi sistemləri quraşdırılıb.
Benderanın və neonasistlərin uşaqlarınızı, arvadlarınızı və qocalarınızı canlı qalxan kimi istifadə etməsinə icazə verməyin. Hakimiyyəti öz əlinizə alın, bizimlə razılığa gəlmək daha asan olacaq”.
Qeyd edək ki, bu dəqiqələrdə V.Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasını keçirir. Həmçinin, NATO ölkələrinin liderlərinin sammiti də başlayıb.
Oral Mədənçi, Bizim.Media