Sülhməramlılar 23 müşahidə postu vasitəsilə atəşkəsin qorunmasına nəzarət edir.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində sülhməramlıların müşayiəti ilə Qarabağda daha 480 erməni məskunlaşıb.
“Avtobusların hərəkəti sülhməramlı kontingentin patrul maşınları və hərbi polisin müşayiəti ilə tənzimlənib. Bundan əlavə sülhməramlılar sutkalıq fəaliyyət göstərir, vəziyyətin monitorinqi aparılır. 23 müşahidə postu həm atəşkəsin qorunmasına, həm də dinc sakinlərin yaşayış yerlərinə təhlükəsiz şəraitdə qaytarılmasına xidmət edir”, - deyə məlumatda vurğulanır.
Əlavə olunub ki, sülhməramlılar həm də vətəndaş infrastrukturunun bərpası ilə məşğuldur.
Bizim.Media
- A-
- A
- A+
Region
10:32 / 24.12.2020
Sutka ərzində Qarabağa daha 480 erməni gətirildi
Hazırda oxunan: Sutka ərzində Qarabağa daha 480 erməni gətirildi
Hazırda oxunan: Sutka ərzində Qarabağa daha 480 erməni gətirildi
6178
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.