Rusiya Müdafiə Nazirliyi məlumat yaydı – “Ukraynanın şəhərlərinə raket, hava zərbəsi endirmirik”

Rusiya Müdafiə Nazirliyi məlumat yaydı – “Ukraynanın şəhərlərinə raket, hava zərbəsi endirmirik”

Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyi məlumat yaydı – “Ukraynanın şəhərlərinə raket, hava zərbəsi endirmirik”

61618

“Ukrayna Silahlı Qüvvələrinin aviabazalarının hərbi infrastrukturu sıradan çıxarılıb”. 

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ordunun Ukraynanın şəhərlərinə heç bir raket, hava və ya artilleriya zərbəsi endirmədiyini iddia edib. 

“Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturu, hava hücumundan müdafiə obyektləri, hərbi aerodromlar, aviasiyası yüksək dəqiqlikli silahlarla sıradan çıxarılıb”, - Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukraynaya qarşı müharibəyə başladı – ONLAYN YENİLƏNMƏ


Qeyd olunub ki, Ukraynanın sərhəd xidmətləri Rusiya bölmələrinə heç bir müqavimət göstərmir: “Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri məhv edilib”. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin qondarma Donbass “respublikaları” rəhbərlərinin müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb. 

Ukrayna əməliyyat komandanlığı bildirir ki, “hazırda Kiyevdəki komanda mərkəzlərinə qanadlı və ballistik raketlərdən istifadə edilən hücumlar həyata keçirilir. Hədəflər arasında aerodromlar, hərbi qərargahlar da var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO