“Fürsətdən, Sizin səfərinizdən istifadə edərək Sizi Ukrayna istiqamətində bizdə nələr baş verməsi barədə məlumatlandıracağam. Bilirsiniz ki, dünən Rusiya Donbasın iki xalq respublikasının suverenliyinin tanınması haqda qərar qəbul edib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Putin: “Azərbaycanın 340 məktəbində rus dili fəal şəkildə öyrənilir”
“Bəri başdan demək istəyirəm, biz bu mövzuda – Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük və demək olar ki, əvvəldən görürdük. Bu, əsla həqiqətə uyğun deyil”, deyə o, qeyd edib.
Bizim.Media