Xəbər verdiyimiz kimi, azərbaycanlı deputatlar - Tahir Mirkişili və Soltan Məmmədov Avronest Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün İrəvana gəliblər.
Bunu hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Mariya Karapetyan təsdiq edib.
Bizim.Media ermənilərə məxsus Telegram kanallarına istinadən xəbər verir ki, Milli Məclis üzvlərinin İrəvana gəlişi ölkədə çaxnaşma yaradıb.
Belə ki, 2-ci Qarabağ savaşının iştirakçıları etiraz əlaməti olaraq hava limanına gedən yolu bağlayıblar.
Etirazçılardan biri baş verənləri bütün xalqın problemi adlandırıb:
“Onlar artıq evlərimizə giriblər. Belə davam edərsə, daha ciddi tədbirlər görəcəyik. Gəlin, onlara çay və kofe verək. Ermənistanın varlığı türklərin veclərinə deyil. Biz türklərlə dostluq etmək istəmirik. Bunu istəyən hər kəs murdardır”.
Bizim.Media