Paşinyanın partiyası bu dəfə də müxalifətin Azərbaycan əleyhinə bəyanatına “yox” deyəcək - DETALLAR

Paşinyanın partiyası bu dəfə də müxalifətin Azərbaycan əleyhinə bəyanatına “yox” deyəcək - DETALLAR

Hazırda oxunan: Paşinyanın partiyası bu dəfə də müxalifətin Azərbaycan əleyhinə bəyanatına “yox” deyəcək - DETALLAR

61101

Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyası “Ermənistan” müxalifət blokunun təklif etdiyi Şuşa bəyannaməsinin pislənməsi ilə bağlı layihəsini dəstəkləməyəcək.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu hakim fraksiyadan olan deputat Qurgen Arsenyan müxalifətçi həmkarı Andranik Tevanyanın xarici əlaqələr komissiyasının iclasında layihəni təqdim etdikdən sonra deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın baş prokuroru Paşinyana bəraət verilməsini istəyir


Sənədin fevralın 23-də keçiriləcək növbədənkənar plenar iclasda müzakirəyə çıxarılması planlaşdırılır.

Arsenyanın qeyd etdiyi kimi, Ermənistan Xarici İşlər Nazirliyi hələ 2021-ci ilin iyununda artıq iki dəfə bu məsələ ilə bağlı mövqeyini ifadə etdiyi üçün “Vətəndaş müqaviləsi” bəyanat layihəsinə qoşulmayacaq.

Bundan başqa, Ermənistan hökumətinin 2021-2026-cı illər üçün proqramında ölkə hakimiyyəti regionda uzunmüddətli sülh və sabitlik siyasətini elan edib. Və istənilən hərəkət və bəyanat ölkənin inkişafına töhfə verən dinc gündəmin təmin edilməsinə yönəlməlidir.

Xatırladaq ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanıb. Sənədi Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Bəyannamənin bəndlərindən birində deyilir ki, üçüncü dövlət və ya dövlətlərdən birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin təhlükəsizliyi ilə bağlı təhdid və ya təcavüz olarsa, “tərəflər BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməlidir”.

Sənəddə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı səviyyəsinin regional və beynəlxalq sülh və tərəqqiyə töhfə verdiyi vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO