Gürcüstanın Şida Kartlinin Qori bələdiyyəsinin Variani kəndində naməlum şəxslər İosif Stalinin abidəsinin üzərinə qırmızı boya töküblər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Gürcüstan” nəşri yayıb.
Mənbə qeyd edir ki, bir neçə gürcü televiziya şirkəti vandalizmin görüntülərini yayımlayıb.
Şəbəkə istifadəçilərinin nəşrlərindən məlum olduğu kimi, hadisə şənbə günü gecə saatlarında baş verib. Abidə onun quraşdırılması ilə razılaşmayan vətəndaş fəalları tərəfindən boya ilə örtülüb.
“Xalqların lideri”nin abidəsi bir neçə gün əvvəl yerli sakinlər tərəfindən şəxsi mülkiyyətdə ucaldılıb. Abidənin ətrafında da park salmağı planlaşdırıblar.
Kənd sakinlərinin abidənin ucaldılması üçün yerli hakimiyyətdən icazə alıb-almadığı hələlik məlum deyil. Hakimiyyət orqanlarının razılığı alınmasa, abidə söküləcək.
Bizim.Media