İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

Hazırda oxunan: İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

606715

İstanbulda İsrail konsulluğu yaxınlığında polis postuna edilən terror hücumu ilə bağlı daha bir şübhəli saxlanılıb.

Bizim.Media xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, həmin şəxs Kocaeli vilayətində tutulub.

Bu məlumat hələlik əsasən yerli media mənbələri səviyyəsində yayılır.

AP və Reuters-in daha əvvəl yaydığı məlumatlara əsasən, 7 aprel tarixində İstanbulun Levent bölgəsində, İsrail konsulluğunun yerləşdiyi bina yaxınlığında baş verən silahlı hücum zamanı bir nəfər hücumçu öldürülüb, iki nəfər yaralı halda ələ keçirilib.

Hadisə nəticəsində iki türk polisi yüngül xəsarət alıb.

Reuters yazır ki, hücumdan sonra Türkiyə hakimiyyəti ümumilikdə 10 şübhəlini saxlayıb. AP isə daha sonra onların içindən 9 nəfərin məhkəmə qərarı ilə həbs olunduğunu bildirib.

Türkiyə Daxili İşlər Nazirliyi hücum edən şəxslərdən birinin “dini yönümlü terror təşkilatı” ilə əlaqəli olduğunu açıqlamışdı. Hadisə ilə bağlı araşdırma davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO