Dini konfessiyalardan ETİRAZ: ABŞ-nin iddialarını qəti şəkildə rədd edirik

Dini konfessiyalardan ETİRAZ: ABŞ-nin iddialarını qəti şəkildə rədd edirik

Hazırda oxunan: Dini konfessiyalardan ETİRAZ: ABŞ-nin iddialarını qəti şəkildə rədd edirik

605900

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) hesabatına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə dini konfessiyaların birgə bəyanatında qeyd edilib.
 

Bildirilib ki, QMİ Azərbaycan Respublikasında yaşayan dini icmaların nümayəndələri, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) "2026-cı il İllik Hesabatı"nda yer alan 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair əsassız iddialarla bağlı ciddi narahatlıq və dərin təəssüfümüzü ifadə edir:


"Mövcud reallıqları nəzərə alaraq, hesabatdakı qiymətləndirməni qəti şəkildə rədd edirik. Hesabatda guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. Bu iddialar ölkədəki reallıqlara uyğun gəlmir, əksinə, Azərbaycanın daxildə və qlobal səviyyədə dini tolerantlığın təşviqi istiqamətində göstərdiyi əhəmiyyətli səyləri nəzərə almır".

Bəyanatda qeyd edilib ki, BDAK-ın bu yanaşması, Prezident Donald Trampın hakimiyyətə qayıdışından sonra müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin gücləndirilməsi və ötən ilin 8 avqustunda Vaşinqtonda onun tarixi rolu ilə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi fonunda xüsusilə məyusedicidir.
 

Vurğulanıb ki, Azərbaycanın ölkə daxilində dinlərarası dialoqu təşviq etmək xüsusunda bənzərsiz yanaşması həmçinin əhəmiyyətli qlobal təşəbbüslərlə davamlı şəkildə təşviq olunub və beynəlxalq ictimaiyyətin geniş rəğbətini qazanıb".


Bəyanatda vurğulanıb ki, BDAK-ın mövcud faktlara və reallıqlara əsaslanaraq Azərbaycandakı vəziyyəti obyektiv şəkildə əks etdirməklə Azərbaycana yanaşmasını yenidən nəzərdən keçirəcəyi gözlənilir: "Azərbaycanın tolerantlığa verdiyi töhfələrini, dinlər və etiqadlararası dialoqun mühafizəsi istiqamətində səylərini təqdir edəcəyini gözləyirik:

"Ümid edirik ki, tamamilə əsassız və sübutsuz formada "Xüsusi İzləmə Siyahısı"na daxil edilməklə Azərbaycana münasibətdə sərgilənən ədalətsizliyin aradan qaldırılması üçün zəruri tədbirlər görüləcəkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO