İran Hörmüz boğazından SƏRBƏST KEÇİDİ təmin edəcək

İran Hörmüz boğazından SƏRBƏST KEÇİDİ təmin edəcək

Hazırda oxunan: İran Hörmüz boğazından SƏRBƏST KEÇİDİ təmin edəcək

605860

İran və düşmənləri arasında atəşkəsdən sonra iki həftə ərzində Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi sosial media səhifəsində bildirib.

O, bunun ölkənin silahlı qüvvələri ilə əlaqələndirilərək baş verəcəyini vurğulayıb.

“İran silahlı qüvvələri ilə koordinasiyalı şəkildə və mövcud texniki məhdudiyyətlər çərçivəsində iki həftə ərzində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq. İrana hücumlar dayandırılarsa, İslam Respublikasının silahlı qüvvələri də müdafiə hücumlarını dayandıracaq”, - Əraqçi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO