Bu gün Əli Xameneinin anım mərasimi keçiriləcək

Bu gün Əli Xameneinin anım mərasimi keçiriləcək

Hazırda oxunan: Bu gün Əli Xameneinin anım mərasimi keçiriləcək

605824

Bu gün Tehranda İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümünün 40-cı günü ilə bağlı anım mərasimi keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Tehran yol polisinin rəisi Əbülfəzl Musəvipur IRNA agentliyinə bildirib.
 

Onun sözlərinə görə, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 07:30) paytaxtın mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Anım mərasiminin yaxın saatlarda başlaması planlaşdırılıb.


Xatırladaq ki, Əli Xamenei İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücum nəticəsində öldürülüb. Onunla birlikdə kürəkəni, gəlini və nəvəsi də həlak olub.

Martın 2-də ABŞ və İsrailin İrana zərbələri nəticəsində Xamenei yaralanmış həyat yoldaşı Mənsurə Xocastənin vəfat xəbəri yayılsa da, sonradan bu xəbər təkzib olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO