Xocalı hava limanı ilə bağlı Xankəndidən AÇIQLAMA

Xocalı hava limanı ilə bağlı Xankəndidən AÇIQLAMA

Hazırda oxunan: Xocalı hava limanı ilə bağlı Xankəndidən AÇIQLAMA

6056

Xocalı hava limanının açılışı dekabrın 25-nə planlaşdırılır. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”a Xankəndidəki separatçı rejim yayıb.

"Hava limanının ətrafı minalardan tamamilə təmizləndi, mühəndis və texniki baxımdan normal istismara tam hazırdır" deyilib.

Qeyd edək ki, Xocalı hava limanı yenidən təmir edilib və 2012-ci ildə təyyarə qəbul etməyə hazır olub. Ancaq rəsmi Bakı onun fəaliyyətinə imkan verməyib. 

Erməni mənbələrinin fikrincə, üçtərəfli razılaşmanın bağlanmasından və Rusiyanın sülhməramlı əməliyyatının başlanmasından sonra vəziyyət dəyişib.

Bundan əvvəl Rusiya sülhməramlılarının iştirakı ilə Xocalı hava limanının inşasının davamlı olaraq həyata keçirildiyi, ancaq konkret tarixlərin göstərilmədiyi bildirilmişdi.

Mövzu ilə bağlı Azərbaycanın rəsmi mövqeyi açıqlanmayıb.

Babək Göyüş, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO