Alen Simonyan: “Bir çox qüvvələr Ermənistanla Azərbaycanı yenidən hərbi əməliyyatlara cəlb etməyə çalışır”

Alen Simonyan: “Bir çox qüvvələr Ermənistanla Azərbaycanı yenidən hərbi əməliyyatlara cəlb etməyə çalışır”

Hazırda oxunan: Alen Simonyan: “Bir çox qüvvələr Ermənistanla Azərbaycanı yenidən hərbi əməliyyatlara cəlb etməyə çalışır”

605123

Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, Azərbaycanın ən böyük təhlükəsizlik qarantı Ermənistandır, Ermənistanın təhlükəsizliyinin qarantı isə Azərbaycandır.

Bizim.Media xəbər verir ki, o, bu fikri aprelin 4-də hakim “Vətəndaş müqaviləsi” partiyasının növbədənkənar qurultayı öncəsi jurnalistlər üçün keçirdiyi brifinqdə səsləndirib.

Simonyan bildirib ki, müxalifətin Ermənistanın xarici təhlükəsizlik qarantına ehtiyacı olması barədə iddiaları reallığı əks etdirmir.

Onun sözlərinə görə, dünyanın müxtəlif bölgələrində yeni və dərinləşən müharibələr getdiyi bir vaxtda Ermənistan və Azərbaycan qorunmalı olan mühüm nəticəyə nail olublar.

Erməni spiker, konkret ad çəkmədən, bir çox qüvvələrin Ermənistanla Azərbaycanı yenidən bir-birinə qarşı hərbi əməliyyatlara cəlb etməyə çalışdığını da vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO