Paşinyan: Ermənistan artıq “əzabkeş xalq” kimi yaşamaq istəmir

Paşinyan: Ermənistan artıq “əzabkeş xalq” kimi yaşamaq istəmir

Hazırda oxunan: Paşinyan: Ermənistan artıq “əzabkeş xalq” kimi yaşamaq istəmir

605118

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, qələbə yalnız hərbi qələbə demək deyil, insanın öz torpağında azad, dinc və firavan yaşaya bilməsidir.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Vətəndaş müqaviləsi” partiyasının səkkizinci növbədənkənar konfransında çıxışı zamanı danışıb.

Paşinyan qeyd edib ki, Ermənistan artıq “əzabkeş xalq” kimi yaşamaq istəmir:

“Roma Papası deyir: “Siz əzabkeş xalqsınız”. Mən deyirəm: “Xeyr”. O deyir: “Amma tarix göstərir...”. Mən cavab verirəm: “Bəli, bu, əzabkeşlik tarixidir, amma bu gün biz əzabkeş xalq olmaq istəmirik. Biz yaşamaq və dövlət qurmaq istəyirik”.

Baş nazir əlavə edib ki, əsas vəzifə bu əzabkeşliyi qələbəyə çevirməkdir.

“Çünki qələbə yalnız hərbi qələbə deyil. Qələbə odur ki, sən öz torpağında azad, dinc və firavan yaşaya biləsən”, - deyə Paşinyan vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO