Səyyar ASAN xidmət Türkiyədə...

Səyyar ASAN xidmət Türkiyədə...

Hazırda oxunan: Səyyar ASAN xidmət Türkiyədə...

605062

Azərbaycanın İstanbulda Baş Konsulluğunun binasında Türkiyədə yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqələrinin dəyişdirilməsi məqsədilə qəbul keçirilib.

Baş Konsulluqdan Bizim.Media-ya verilən məlumata görə, Səyyar ASAN xidmət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, habelə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.
 

Vətəndaşların istifadə etmək istədiyi xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı Baş Konsulluğunun rəsmi internet səhifəsində yerləşdirilib.


Qəbul zamanı 3 gün ərzində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün 651, sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün isə 153 nəfərin qəbulu üçün şərait yaradılıb.

Baş Konsulluqdan verilən məlumatda qeyd olunub ki, layihənin gələcəkdə digər xarici ölkələrdə də keçirilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO