Türkiyədə ağır qəza:Avtobus piyada keçidinin dirəyinə çırpıldı - VİDEO

Türkiyədə ağır qəza:Avtobus piyada keçidinin dirəyinə çırpıldı - VİDEO

Hazırda oxunan: Türkiyədə ağır qəza:Avtobus piyada keçidinin dirəyinə çırpıldı - VİDEO

605036

Türkiyədə səhər saatlarında Ankara-İstanbul yolunda qəza baş verib.

Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, Ankara-Kızılcahamam marşrutu ilə hərəkət edən özəl ictimai avtobus sürücünün idarəetməni itirməsi və piyada keçidinin dayaq dirəyinə çırpılması nəticəsində yoldan çıxıb.
 

Ətrafdakıların verdiyi məlumata əsasən, hadisə yerinə çoxsaylı tibb, polis və yanğınsöndürmə briqadaları göndərilib.


İlkin məlumatlara görə, 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

Yaralılar qəzaya uğramış avtobusdan çıxarılaraq təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıb.

Ölən 4 nəfərin cəsədi isə Məhkəmə Tibbi Ekspertizası İnstitutuna aparılıb.
 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO