Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

604450

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan dəmir yolunun idarəçiliyinin Qazaxıstana verilməsi barədə yayılan iddiaları təkzib edib. XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva İrəvanla bu məsələ üzrə heç bir danışıq aparmır.

Bizim.Media xəbər verir ki, o, bu gün keçirdiyi brifinqdə erməni jurnalistinin sualına cavabında vurğulayıb ki, 2008-ci ildə bağlanmış konsessiya sazişi 30 il müddətinə nəzərdə tutulub və onun daha 10 il uzadılması imkanı var.

Zaxarovanın sözlərinə görə, “Cənubi Qafqaz Dəmir Yolu” QSC müqavilə öhdəliklərini məsuliyyətlə yerinə yetirir.
 

Mövzu Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamasından sonra yenidən gündəmə gəlib. Paşinyan bildirmişdi ki, əgər Rusiya razılaşarsa, İrəvan Ermənistan dəmir yolunun konsessiyasının qazax şirkətinə keçməsinə prinsipial etiraz etməz. Bunun ardınca Rusiya rəsmiləri ard-arda açıqlama verərək belə danışıqların aparılmadığını bəyan ediblər.


Xatırladaq ki, Ermənistan dəmir yolunun idarəçiliyi 2008-ci ildən etibarən Rusiya Dəmir Yollarının törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu"na verilib. Hazırda rəsmi mövqe ondan ibarətdir ki, mövcud konsessiya qüvvədə qalır və onun başqa tərəfə ötürülməsi ilə bağlı konkret proses getmir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO