Neft tankerinin vurulmasına Türkiyədən ilk REAKSİYA

Neft tankerinin vurulmasına Türkiyədən ilk REAKSİYA

Hazırda oxunan: Neft tankerinin vurulmasına Türkiyədən ilk REAKSİYA

603439

“Rusiyadan xam neft yüklənmiş, xarici bayraq altında üzən, lakin operatorları türk olan gəminin mühərrik bölməsində gecə yarısından sonra partlayış baş verib”.

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
 

MÖVZU İLƏ BAĞLI: 
SON DƏQİQƏ! Türkiyənin neft tankerinə PUA hücumu - FOTO


O qeyd edib ki, hadisə ilə bağlı Türkiyənin əsas axtarış-xilasetmə mərkəzinə məlumat daxil olub, sahil mühafizəsi və aidiyyəti qurumların qüvvələri dərhal əraziyə cəlb edilib:

“Bu, PUA hücumu deyil. Hadisənin insansız dəniz aparatı (İDA) vasitəsilə törədildiyini ehtimal edirik. Texniki qruplarımız hadisə yerinə göndərilib. Yaxın saatlarda vəziyyəti dəqiqləşdirəcəklər. Buna əsasən daha konkret açıqlama verəcəyik. Lakin hazırkı məlumata görə, bu, kənar təsir nəticəsində baş vermiş partlayışdır. Gəmini tamamilə sıradan çıxarmaq məqsədilə qəsdən törədildiyini düşünürük”.

Xatırladaq ki, Türkiyənin “Altura” adlı 140 min ton xam neft daşıyan tankerinin Qara dənizdə dron zərbəsinə məruz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO