“Çin, Rusiya, Hindistan, İraq və Pakistanın Hörmüz boğazından keçmək üçün icazə alıblar”.
Bizim.Media “Tasnim”ə istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Biz dost hesab etdiyimiz bəzi ölkələrə Hörmüz boğazından keçməyə icazə verdik. Çinə, Rusiyaya, Hindistana, İraqa və Pakistana keçməyə icazə verdik. Düşmənimizin boğazdan keçməsinə icazə vermək üçün heç bir səbəb yoxdur", - deyə Əraqçi qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrail tərəfindən İrana hücum əməliyyatları başladıqdan sonra Tehran faktiki olaraq Hörmüz boğazını bağlayıb.
İranın bu addımı dünya iqtisadiyyatına, xüsusilə də enerji qiymətlərinə ciddi təsir göstərib.
Bizim.Media




































































































