Ermənistanın diasporla iş üzrə baş komissarı Zareh Sinanyan erməni diasporunu məhv etməyə çalışır.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransadakı Erməni Təşkilatları Assosiasiyasının (CCAF) bəyanatında deyilir.
Mesajda deyildiyi kimi, Assosiasiya “diasporla iş üzrə nümayəndənin həyasız davranışından hiddətlənib”.
Məlumata görə, 2021-ci ilin oktyabrında diasporla iş üzrə baş komissar Zareh Sinanyan Fransadakı Erməni Təşkilatları Assosiasiyası (CCAF) ilə məsləhətləşərək, CCAF-ın illik şam yeməyində iştirak etmək üçün Fransaya gedib. Həmin tədbirdə Franda prezidenti ilə daxil olmaqla ölkənin siyasi elitası iştirak edir.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda “diaspor ili” BƏD başladı - Sarkisyanın istefası yeni SAVAŞA səbəb olacaq
CCAF diasporla iş üzrə baş komissarın səfərinin təşkilini də öz üzərinə götürüb. Lakin sonradan CCAF-a bildirilib ki, Zareh Sinanyan naməlum “Hərəkat” təşkilatı ilə görüş planlaşdırır. Guya o, Ermənistandakı siyasi fikirlərinə görə CCAF rəhbərlərinin istefası üçün sosial şəbəkələr vasitəsilə kampaniya aparır.
“CCAF və komissar arasında razılıq əldə olunub ki, Sinanyan istədiyi şəxslə təkbətək görüşə bilər, lakin CCAF-ın planlaşdırdığı tur çərçivəsində Ermənistan üçün faydalı olan şəxslərlə görüşlər keçirməlidir.
Sinanyan buna baxmayaraq, qondarma “Hərəkat”ın forumunda iştirak etmək qərarına gəlib və bununla da “Hərəkat”ın “Fransa rəsmiləri qarşısında Ermənistan dövlətini təmsil etməsi” barədə müqavilə imzalayıb və nəticədə Fransadakı ən nüfuzlu erməni təşkilatını təhlükə altına alıb.
Diasporla iş üzrə baş komissar Zareh Sinanyan CCAF ilə razılaşmanı pozmaqla kifayətlənməyib, erməni təşkilatlarının koordinasiya şurasının ünvanına sərt fikirlər səsləndirib.
Nəticədə diasporla iş üzrə baş komissar Zareh Sinanyan təkəbbürlü və alçaq davranışı ucbatından 460-dan çox siyasətçinin, o cümlədən iş adamlarının, ictimai-siyasi xadimlərin, prezident administrasiyasının nümayəndələrinin iştirak etdiyi CCAF naharında iştirak etməyib.
Nəticədə diaspor üzrə komissarın turu bir neçə xırda görüşlərlə başa çatıb və gözlənildiyi kimi bir dənə də olsun yüksək rütbəli Fransa rəsmisi onunla görüşməyib.
Onun bu davranışı ilə əlaqədar CCAF-ın rəhbəri Ara Toranyan Ermənistanın baş nazirinə açıq məktub göndərib və orada bildirib ki, Sinanyanın təxribatla məşğul olmaq hüququ yoxdur, həm də onun şəxsi üstünlükləri Ermənistanın maraqlarından üstün olmamalıdır”, - CCAF-ın bəyanatında deyilir.
Xəbərdə qeyd olunur ki, CCAF-ın təşkil etdiyi iclasa Paris meri Ann Hidalqo (prezidentliyə namizəd), İl-de-Frans Regional Şurasının prezidenti Valeri Pekres, prezidentliyə namizəd), baş nazir Jan Kasteks, Fransa hökumətinin sözçüsü Qabriel Attal, Dövlət katibi Jan-Batist Lehman, müxtəliflik və bərabər imkanlar naziri Elizabet Moreno, Senatın sədri Jerar Larşe, Fransa-“Artsax” (qondarma rejim nəzərdə tutulur) dostluq qrupunun prezidenti Fransua Pupponi, Ermənistanın Fransadakı səfiri Asmik Tolmacyan, Fransanın Ermənistandakı səfiri Ann Lehuot qatılıblar.
Bizim.Media