Türkiyədə müsəlmanları təhqir edən qadın həbs olundu

Türkiyədə müsəlmanları təhqir edən qadın həbs olundu

Hazırda oxunan: Türkiyədə müsəlmanları təhqir edən qadın həbs olundu

601665

Türkiyənin Burdur əyalətinin sakini Qamze Gökçeye qarşı vətəndaşların dini hisslərini təhqir etmək barədə ittiham irəli sürülüb və o, məhkəmənin qərarı ilə həbs olunub.

Bizim.Media xəbər verir ki, özünü “yazıçı” adlandıran Gökçe sosial mediada müsəlmanların müqəddəs Ramazan ayını tənqid edən, insanları namazdan çəkinməyə çağıran və orucun “mənasız” olduğunu bildirən video paylaşıb.
 

Qamzenin Qurban bayramı zamanı heyvanların kəsilməsinin “lazımsız qətl ayini” olduğu barədə iddiası da sosial media istifadəçilərinin tənqidinə səbəb olub. O, həmçinin bu paylaşım ilə bağlı qəzəb dolu şərhlər yazan insanları təhqir edib.


Gökçenin həbs qərarı martın 15-də, İslamofobiya ilə Mübarizə Günündə verilib.

Türkiyənin ədliyyə naziri Akın Gürlek bazar günü müvafiq açıqlama verib. Nazir cəmiyyətdə, o cümlədən dini zəmində nifaq salmaq cəhdlərinin yolverilməzliyini vurğulayıb və islamofobiya təzahürlərini pisləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO