Necla Özmen Trampa səsləndi: “Ata, incimə, mən İranı dəstəkləyirəm”

Necla Özmen Trampa səsləndi: “Ata, incimə, mən İranı dəstəkləyirəm”

Hazırda oxunan: Necla Özmen Trampa səsləndi: “Ata, incimə, mən İranı dəstəkləyirəm”

600607

Türkiyənin paytaxtı Ankarada yaşayan Necla Özmen ABŞ prezidenti Donald Trampın onun atası olduğunu iddia edib.

Bizim.Media xəbər verir ki, onun paylaşımı sosial şəbəkədə maraqla qarşılanıb.

Qadın bildirib ki, Trampın İranla müharibəyə başlamasının səbəblərindən biri onunla bağlı xəbərləri gündəmdən çıxarmaq cəhdidir.
 

Məlumata görə, Necla Özmen qış aylarında məhkəməyə müraciət edərək Donald Trampın onun bioloji atası olduğunu sübut etmək üçün DNT testi keçirilməsini tələb edib. Qadın Trampın yaxşı ata olduğunu və onu qəbul edəcəyinə inandığını bildirib.


Özmen sosial şəbəkə hesabında paylaşdığı videoda Trampa müraciət edərək belə deyib: “Ata, incimə, amma mən İranı dəstəkləyirəm”.

O həmçinin iddia edib ki, Trampın İranla müharibə qərarı qismən onunla bağlı xəbərlərin gündəmdən çıxarılması məqsədi daşıyır.
 

“Düşünürəm ki, atam İranla müharibəni məhz mənim haqqımda danışılmaması üçün başladı. Amma əmin ol ki, mən mübarizəmi sona qədər aparacağam”, – deyə qadın bildirib.


Necla Özmen videoda Trampa başqa ölkələrin işlərinə qarışmamağı tövsiyə edərək “Ata, digər dövlətlərin işlərinə qarışma” sözlərini də əlavə edib. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO