İran səfiri Türkiyə XİN-ə çağırıldı - İZAHAT VERMƏLİDİR

İran səfiri Türkiyə XİN-ə çağırıldı - İZAHAT VERMƏLİDİR

Hazırda oxunan: İran səfiri Türkiyə XİN-ə çağırıldı - İZAHAT VERMƏLİDİR

600604

İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullazadə İran ərazisindən buraxılan və Türkiyə hava məkanına daxil olduqdan sonra vurulan ballistik raketlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media  xəbər verir ki, səfirə Ankaranın hadisə ilə bağlı narahatlığı bildirilib.

Rəsmi Ankara Tehrandan izahat tələb edib.
 

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi martın 9-da İrandan buraxılan ballistik raketin məhv edildiyini bildirib. Qurumun məlumatına görə, İran raketinin trayektoriyası Türkiyənin hava məkanından keçib.


Raket Şərqi Aralıq dənizində yerləşmiş NATO qüvvələri tərəfindən məhv edilib. Onun qalıqları Qaziantep vilayətinin cənubunda yaşayış olmayan əraziyə düşüb. Ölən və yaralanan yoxdur.

İrandan ballistik raketin buraxılması ilə bağlı daha bir hadisə isə martın 4-də baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO