Ərdoğandan İrana çağırış: “Qonşuluq tariximizə kölgə salacaq problemlər yaşanmamalıdır” - VİDEO

Ərdoğandan İrana çağırış: “Qonşuluq tariximizə kölgə salacaq problemlər yaşanmamalıdır” - VİDEO

Hazırda oxunan: Ərdoğandan İrana çağırış: “Qonşuluq tariximizə kölgə salacaq problemlər yaşanmamalıdır” - VİDEO

600579

Türkiyənin hava məkanı F-16 qırıcıları ilə qorunur və fevralın 28-dən hava hücumundan müdafiə (HHM) sistemləri də fasiləsiz fəaliyyət göstərir.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyənin sərhədləri ordunun 60 min şəxsi heyəti tərəfindən mühafizə edilir.

"Martın 4-də İrandan buraxılan və İraq ilə Suriya hava məkanını keçəndən sonra Türkiyəyə istiqamətlənən raket NATO tərəfindən zərirsizləşdirilib. İrana bununla bağlı bütün etirazlar çatdırılıb. Amma səmimi xəbərdarlıqlarımıza rəğmən, hələ də Türkiyənin dostluğunu çətinləşdirəcək təxribatçı addımlar atılır. Uzunmüddətli qonşuluq tariximizə kölgə salacaq problemlər yaşanmamalıdır. Biz daha çox qan tökülməsinə qarşıyıq".
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO