İranlı hərbçidən Trampa dəstək VİDEOSU

İranlı hərbçidən Trampa dəstək VİDEOSU

Hazırda oxunan: İranlı hərbçidən Trampa dəstək VİDEOSU

600357

Sosial şəbəkələrdə İran ordusuna aid olduğu bildirilən bir hərbçinin yaydığı video müraciət diqqət çəkib. Videoda hərbçi ABŞ prezidenti Donald Trampın portretini əlində tutaraq İrandakı mövcud dini hakimiyyətə qarşı çıxış edib.

Bizim.Media xəbər verir ki, hərbçi müraciətində ölkədə hakimiyyətdə olan molla rejimini tənqid etdiyini və İranda dəyişikliklərin baş verəcəyinə ümid etdiyini bildirib.

O, həmçinin Donald Trampa təşəkkür edərək onun İrandakı dəyişiklik tərəfdarlarına dəstək verdiyini vurğulayıb.
 

Videoda çıxış edən şəxs hazırkı hakimiyyətə qarşı olan qüvvələrə dəstək ifadə edib və ölkənin dini idarəçilikdən azad edilməsinə çağırış edib.


Sosial şəbəkələrdə yayılan görüntülərin hansı hərbi struktura aid olduğu və videonun nə vaxt çəkildiyi ilə bağlı hələlik rəsmi təsdiq verilməyib.

Buna baxmayaraq, video qısa müddətdə geniş müzakirələrə səbəb olub və İran daxilindəki mümkün narazılıqlar barədə yeni suallar doğurub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO