Komediya ustası görün gənc qıza nə dedi? - Batman şəhərində narazılıq - FOTO

Komediya ustası görün gənc qıza nə dedi? - Batman şəhərində narazılıq - FOTO

Hazırda oxunan: Komediya ustası görün gənc qıza nə dedi? - Batman şəhərində narazılıq - FOTO

600353

Türkiyəli komediyaçı Hasan Can Kaya proqramında səsləndirdiyi sözlərə görə sosial şəbəkələrdə müzakirələrin mərkəzinə düşüb. Onun verilişdə Batman şəhərindən olan bir tamaşaçı ilə dialoqu bəzi istifadəçilərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, hadisə komediya proqramı zamanı baş verib. Bahar adlı gənc qız haralı olduğunu soruşan aparıcıya “Batman” cavabını verib.

Hasan Can Kaya ona belə deyib:

“Batmanlısan? Həyatım, sən necə Batmanlısan belə? Bir arxanı çevir, hamı görsün. Dostlar, Batmanlıdır, amma çox qərb tipli görünür.”

Bu sözlər sosial şəbəkələrdə sürətlə yayılıb və xüsusilə Batman şəhərinin sosial media səhifələrində narazılıq yaradıb. Bəzi istifadəçilər komediyaçının ifadələrinin şəhər sakinlərinə qarşı hörmətsiz olduğunu bildiriblər.

Paylaşımlarda belə fikirlər səsləndirilib:

Batman böyük və inkişaf etmiş şəhərdir

Şəhərin sakinləri haqqında stereotiplər yaratmaq düzgün deyil

Komediya adı altında təhqir edilməməlidir

Məsələ sosial mediada geniş müzakirə olunmağa davam edir. Hadisə ilə bağlı Hasan Can Kaya tərəfindən rəsmi açıqlama verilib-verilmədiyi isə hələlik məlum deyil.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO