Türkiyədən İranla bağlı KRİTİK QƏRAR

Türkiyədən İranla bağlı KRİTİK QƏRAR

Hazırda oxunan: Türkiyədən İranla bağlı KRİTİK QƏRAR

600068

“İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyada (Hələb istisna olmaqla) hava məkanları hələ də bağlıdır. İordaniya və Səudiyyə Ərəbistanında qismən uçuşlar davam edir, Birləşmiş Ərəb Əmirliklərində hava hərəkəti nəzarətli və məhdud şəkildə həyata keçirilir”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial media hesabında məlumat verib.

“Aviaşirkətlərimiz təhlükəsizlik riskləri səbəbindən İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşları 6 mart 2026-cı il tarixinə qədər dayandırmışdı.
 

Bu gündən etibarən THY, AJet, Pegasus və SunExpress tərəfindən İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşlar 9 mart gününün sonuna qədər dayandırılıb. Bundan əlavə, Pegasus Hava Yolları 12 mart, Türk Hava Yolları isə 20 mart tarixinə qədər İrana uçuşları proqramından çıxarıb.


Qətər, Küveyt, Bəhreyn və BƏƏ-yə isə bu gün uçuşlar həyata keçirilməyəcək”, - deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO