Ən güclü zəlzələ Gürcüstanda qeydə alındı: 6.2 bal

Ən güclü zəlzələ Gürcüstanda qeydə alındı: 6.2 bal

Hazırda oxunan: Ən güclü zəlzələ Gürcüstanda qeydə alındı: 6.2 bal

60005

Xəbər verdiyimiz kimi, Gürcüstanda yeraltı təkanlar olub. Yerli vaxtla saat 22:26-da qeydə alınan zəlzələnin episentri Tbilisidən 58 kilometr aralıda olub.

Bizim.Media gürcü mətbuatına istinadən xəbər verir ki, zəlzələ bu gün yerli vaxtla saat 22:25-də Tbilisi sakinləri tərəfindən də hiss olunub.

Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, Tbilisidən 58 kilometr aralıda Sameba kəndi yaxınlığında (Samtsxe-Cavaxeti bölgəsi) 6,2 bal gücündə zəlzələ baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan telekanalının efirində zəlzələ belə hiss edildi – VİDEO


Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Yeraltı təkanlar 5 bal gücündə Ermənistanda da hiss olunub. Azərbaycanda isə təkanların gücü bir qədər az - 3,5 olub.

Gürcüstan orta seysmik aktivliyə malik ölkədir. Gürcüstanda qeydə alınan ən güclü zəlzələ 7,0 bal gücündə 1991-ci ildə Raça və İmereti (Qərbi Gürcüstan) bölgələrində baş verib. Episentrdə intensivlik 9 bal olub. Bu zəlzələ 200-ə yaxın insanın ölümünə səbəb olub, 46 minə yaxın ev və 1000 sənaye obyekti dağılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO