Rusiyanın Kemerovo vilayətində qaraçı diasporu ilə Azərbaycandan gələn mühacirlər arasında dava düşüb.
Bizim.Media “Kusbass Online” nəşrinə istinadən xəbər verir ki, hadisə Tyajin şəhərindəki “Elbrus” kafesində yerli sakinin hazırda qaraçılardan birinin əri olan kişidən aliment almağa cəhd etməsi səbəbindən baş verib. Bu, qaraçı diasporunun narazılığına səbəb olub, qadına hücum edilib.
Lakin baş verənlərin şahidi olan azərbaycanlı Aslan Bayramov davaya müdaxilə edərək qadının müdafiəsinə qalxıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada həbs edilən azərbaycanlı Bakıya gətirildi
Onun sözlərinə görə, azərbaycanlı qızı xəstəxanaya aparıb, ona dörd yerindən yerdəyişmə və çənənin sınığı diaqnozu qoyulub.
“Taqqa.info” qeyd edir ki, hadisə ertəsi gün də davam edib və kənddə qaraçı və Azərbaycan diasporları arasında dava düşüb.
Rusiya Daxili İşlər Nazirliyinin Kemerovo vilayəti üzrə Baş İdarəsi münaqişənin məişət zəminində baş verdiyi qənaətinə gəlib. Polis davanın bütün iştirakçılarını müəyyən edib və hücum edənləri saxlayıb. Faktla bağlı cinayət işi başlanıb.
Bizim.Media