Xameneinin müavini: “ABŞ-la danışıq aparmayacağıq”

Xameneinin müavini: “ABŞ-la danışıq aparmayacağıq”

Hazırda oxunan: Xameneinin müavini: “ABŞ-la danışıq aparmayacağıq”

599596

İran ABŞ-la danışıq aparmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin müavini Məhəmməd Moxber yerli televiziyaya müsahibəsində deyib.

ABŞ-la dialoq üçün heç bir əsasın olmadığını bildirən Məhəmməd Moxberin sözlərinə görə, amerikalılara etimadları yoxdur.
 

O, 1980–1988-ci illəri əhatə edən İran-İraq müharibəsinə işarə edərək, müharibəni istənilən qədər davam etdirə biləcəklərini bəyan edib.


Moxber ABŞ və İsrailin İslam İnqilabının başlanğıcından bəri İranın parçalanmasına çalışdıqlarını vurğulayıb.

“Amerikalılar İranı ələ keçirmək yox, parçalamaq istəyirlər”, - Xameneinin müavini qeyd edib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO