Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, Kahramanmaraşın Elbistan rayonunda 4.7 bal gücündə zəlzələ qeydə alınıb.
7 kilometr dərinlikdə baş verən yeraltı təkanlardan sonra ilkin qiymətləndirmələrə görə heç bir dağıntı və ya itki olmayıb.
Zəlzələ ətraf rayonlarda da hiss olunub.
Bizim.Media





























































































