“Cenevrədə keçirilən dolayı danışıqlar zamanı Tehranın təklifi ABŞ sanksiyalarının ləğvinə və Vaşinqtonu narahat edən məsələlərin həllinə yönəlib.
“Təklifimiz təsdiq edir ki, uranın zənginləşdirilməsi suveren hüquqdur və məhdud müddət üçün zənginləşdirmənin müvəqqəti dondurulmasını nəzərdə tutur”.
Bizim.Media xəbər verir ki, bu barədə yüksəkrütbəli İran rəsmisi “Al-Jazeera” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, təklif raket sistemləri və müdafiə proqramlarını əhatə etmir, uranın zənginləşdirilməsinin tam dayandırılması, nüvə obyektlərinin sökülməsi və ehtiyatların ölkədən çıxarılması prinsipi isə tamamilə rədd olunur:
“Uranın zənginləşdirilməsinin tam dayandırılması, nüvə obyektlərinin demontajı və uran ehtiyatlarının köçürülməsi prinsipi qəti şəkildə rədd edilir”.
Rəsmi qeyd edib ki, təklif MAQATE-nin nəzarəti altında uran ehtiyatlarının aşağı səviyyəyə endirilməsini də ehtiva edir və “xüsusilə iqtisadi sahədə ortaq maraqlara” nail olmağa yönəlib.
Bizim.Media




























































































