“İran açıq şəkildə təsdiq edir ki, onun nüvə silahı yoxdur, olmayıb və heç vaxt olmayacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.
“Bizim nüvə proqramımız sırf dinc xarakter daşıyır. Nüvə silahı bütün xalqların təhlükəsizliyi və ləyaqəti ilə uzlaşmır.
Yenidən başlaya biləcək istənilən təcavüzün nəticələri yalnız bir ölkə ilə məhdudlaşmayacaq. İran 1974-cü ildən etibarən Yaxın Şərqdə nüvə silahından azad zona yaradılmasına ardıcıl şəkildə çağırır.
Kütləvi qırğın silahlarının İsrail rejiminin ixtiyarında qalmaqda davam etməsi ciddi narahatlıq mənbəyi olaraq qalır”, – deyə o qeyd edib.
Bizim.Media

































































































