İranla Rusiya 500 milyon avroluq məxfi sövdələşmə bağladı

İranla Rusiya 500 milyon avroluq məxfi sövdələşmə bağladı

Hazırda oxunan: İranla Rusiya 500 milyon avroluq məxfi sövdələşmə bağladı

597747

İran Rusiyayla müasir daşınan zenit-raket komplekslərinin alınması üzrə 500 milyon avro (589 milyon dollar) məbləğində gizli saziş imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə və nəşrin əlinə keçən sənədə istinadən yazıb.
 

Məlumata görə, dekabrda Moskvada imzalanmış sənəd ilə Rusiya üç il ərzində İran tərəfinə 500 ədəd "Verba" daşınan buraxılış qurğusu və 2 500 ədəd "9M336" raketi tədarük etməyi öhdəsinə götürüb. Tədarüklərin 2027-ci ildən 2029-cu ilə qədər üç mərhələdə həyata keçirilməsi planlaşdırılır.


FT qeyd edib ki, saziş Rusiyanın dövlət tədarükçüsü "Rosoboroneksport" ilə İran Silahlı Qüvvələrinin Müdafiə Nazirliyi və Maddi-Texniki Təminat İdarəsinin nümayəndəsi arasında bağlanıb.

Müqavilədən məlum olur ki, Tehran bu sistemləri rəsmi şəkildə ötən ilin iyulunda tələb edib. Qəzet xatırladıb ki, ötən ilin iyununda ABŞ qoşunları İranın üç əsas nüvə obyektinə zərbələr endirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO