Əraqçi ABŞ-ı bununla hədələdi: “Regiondakı hərbi bazalarını dağıdacağıq”

Əraqçi ABŞ-ı bununla hədələdi: “Regiondakı hərbi bazalarını dağıdacağıq”

Hazırda oxunan: Əraqçi ABŞ-ı bununla hədələdi: “Regiondakı hərbi bazalarını dağıdacağıq”

597730

İran ABŞ-ın İslam Respublikasına qarşı hücumu halında regiondakı Amerika hərbi bazalarına zərbə endirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi CBS telekanalına müsahibəsində bildirib.
 

“Əgər ABŞ bizə hücum edərsə, müdafiə olunmaq üçün tam hüququmuz var. Raketlərimiz ABŞ ərazisinə çata bilmir, buna görə də aydındır ki, başqa üsullarla hərəkət etməli olacağıq”, – deyə o vurğulayıb.


Bununla yanaşı, Əraqçi İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin diplomatik yolla həllinin hələ də mümkün və əlçatan olduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO