Xruşşovun nəticəsinin Krımla bağlı bəyanatı Rusiya siyasətçilərini QICIQLANDIRDI

Xruşşovun nəticəsinin Krımla bağlı bəyanatı Rusiya siyasətçilərini QICIQLANDIRDI

Hazırda oxunan: Xruşşovun nəticəsinin Krımla bağlı bəyanatı Rusiya siyasətçilərini QICIQLANDIRDI

596984

Nikita Xruşşovun nəticəsi Nina Xruşşova deyib ki, 1954-cü ildə Krımın Ukrayna SSR-ə verilməsi “Ukraynanı Rusiyaya bağlamaq” məqsədi daşıyıb.

Krımdan Rusiya Federasiya Şurasının keçmiş senatoru Olqa Kovitidi bu fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, bu bəyanat Xruşşovanın tarixdən yetərincə məlumatlı olmadığını göstərir və ulu babasının qərarının səhv olduğunu anlamadığını ortaya qoyur.

Bizim.Media xəbər verir ki, bu barədə gazeta.ru saytı yazıb.
 

Kovitidi qeyd edib ki, Xruşşovun ailəsinin artıq üçüncü nəsli 1954-cü ildə Krımın Ukraynaya verilməsi qərarına haqq qazandırmağa çalışır. O əlavə edib ki, Nina Xruşşova uzun müddətdir ABŞ-da yaşayır və regionun tarixi barədə obyektiv fikir yürütmək üçün onunla yaxından tanış olmaq lazımdır.


Keçmiş senator vurğulayıb ki, Xruşşovun həmin qərarı səhv idi və sonrakı nəsillər bu səhvin nəticələrini aradan qaldırmağa çalışıblar.

Nina Xruşşova Krımla bağlı fikirlərini jurnalist Yekaterina Qordeyevaya verdiyi müsahibədə səsləndirib. Onun sözlərinə görə, yarımadanın Ukraynaya verilməsi Ukraynanın Rusiya ilə yaxınlaşmasına xidmət edib.

Krım parlamentinin sədr müavini, yarımadadan keçmiş senator Sergey Tsekov isə bildirib ki, Nina Xruşşova 1954-cü il qərarını haqq qazandırmağa çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO