“Bayraktar TB3” bu sınaqdan da uğurla çıxdı – FOTO/VİDEO

“Bayraktar TB3” bu sınaqdan da uğurla çıxdı – FOTO/VİDEO

Hazırda oxunan: “Bayraktar TB3” bu sınaqdan da uğurla çıxdı – FOTO/VİDEO

596977

NATO-nun “Steadfast Dart-2026” təlimləri zamanı TCG ANADOLU gəmisində yerləşdirilmiş “Bayraktar TB3” pilotsuz uçuş aparatı (PUA) sərt şaxta, güclü qar yağışı və şiddətli küləklərə baxmayaraq, Baltik dənizi üzərində uçuş nümayişini uğurla başa vurub.

Təlimlərin bu mərhələsində çətin hava şəraitində uça bilən yeganə hava aparatı kimi “Bayraktar TB3” müttəfiq ölkələrin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.

Bu barədə Bizim.Media-ya Türkiyənin “Baykar” şirkətindən bildirilib.
 

Məlumatda qeyd edilib ki, Türkiyənin müdafiə sənayesi Baltik dənizinin ən çətin şəraitində dəniz aviasiyası sahəsində qazandığı etibarlılıq səviyyəsinin nümayişini davam etdirir. NATO-nun ən iri təlimlərindən biri olan “Steadfast Dart 2026”nın son mərhələsində “Bayraktar TB3” mənfi 5 dərəcəyə enən temperatur, güclü qar yağışı və sərt küləklər şəraitində uçuş nümayişi həyata keçirib.


Sərt qış şəraitinə baxmayaraq, “Bayraktar TB3” TCG ANADOLU gəmisinin qısa uçuş-enmə zolağından avtonom şəkildə havaya qalxaraq öz aviasiya imkanlarını nümayiş etdirib.

Dəniz üzərində güclü küləklərin yaratdığı turbulent şəraitdə belə stabil uçuş xüsusiyyətlərini qoruyub saxlayan PUA uçuş tapşırığını uğurla yerinə yetirib və uçuş-enmə zolağına avtonom şəkildə enib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO