Türkiyənin yeni daxili işlər nazirindən İLK AÇIQLAMA: “Ağır məsuliyyətli bir vəzifə götürdüm” - VİDEO

Türkiyənin yeni daxili işlər nazirindən İLK AÇIQLAMA: “Ağır məsuliyyətli bir vəzifə götürdüm” - VİDEO

Hazırda oxunan: Türkiyənin yeni daxili işlər nazirindən İLK AÇIQLAMA: “Ağır məsuliyyətli bir vəzifə götürdüm” - VİDEO

595632

Türkiyədə daxili işlər naziri postuna Ali Yerlikayanın yerinə təyin edilən Mustafa Çiftçi Ərzurumda açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.

Çiftçi bildirib ki, prezidentin imzaladığı təyinat sərəncamı ilə ağır məsuliyyət daşıyan bir vəzifəni üzərinə götürüb:

“Prezidentimizin bugünkü təyinat sərəncamı ilə məsuliyyəti ağır olan bir vəzifəni də üzərimə götürmüş oldum. Buna görə dualarınızı gözləyirəm. Allah yardımçımız olsun.”

Ərzurumdan ayrılmasının onun üçün kədərli olduğunu deyən yeni nazir qeyd edib ki, şəhəri heç vaxt unutmayacaq:

“Buradan yalnız fiziki olaraq ayrılıram. Qəlbimi sizə əmanət edirəm. Çox kədərliyəm. Amma vəzifəmi yerinə yetirmək üçün rahatlıqla Ərzurumdan ayrılıram.”

O əlavə edib ki, Ərzurumda asayiş və təhlükəsizlik sahəsində görülən işləri ölkənin 81 vilayətində də davam etdirməyə çalışacaq.

Mustafa Çiftçi kimdir?

1970-ci ildə Konya vilayətinin Çumra rayonunda anadan olub. 1995-ci ildə Ankara Universiteti Siyasal Bilgilər Fakültəsinin Dövlət İdarəçiliyi ixtisasını bitirib. 1996-cı ildə kaymakam namizədi kimi dövlət qulluğuna başlayıb.
 

Müxtəlif rayonlarda kaymakam vəzifəsində çalışıb, Daxili İşlər Nazirliyində idarə rəisi olub. TBMM-də xüsusi katiblik və baş müşavir vəzifələrini icra edib.


Təhsili ilə də seçilən Çiftçi dövlət idarəçiliyi üzrə iki magistr təhsili alıb, Ankara Universitetinin İlahiyyat fakültəsini, Ədalət və İqtisadiyyat fakültələrini bitirib.

Hazırda Hüquq və Tarix ixtisasları üzrə təhsilini davam etdirir. İngilis və ərəb dillərini bilir. Evli və üç uşaq atasıdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO