Ermənistan parlamentində qalmaqal – Paşinyan tribunaya yaxınlaşdı və…

Ermənistan parlamentində qalmaqal – Paşinyan tribunaya yaxınlaşdı və…

Hazırda oxunan: Ermənistan parlamentində qalmaqal – Paşinyan tribunaya yaxınlaşdı və…

59411

Ermənistan parlamentinin bu gün keçirilən sual-cavab sessiyasında qalmaqal yaşanıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, “Ermənistan” fraksiyasının deputatı Aqnessa Hamoyanın xarici işlər naziri Ararat Mirzoyana sualı müzakirələrə səbəb olub:

“Cənab Mirzoyan, Nikol Paşinyan sizi xarici işlər naziri kimi təqdim edərkən demişdi ki, məsuliyyəti bölüşməlisiniz. Əvvəlki sual-cavabdan yaranan təəssürat ondan ibarətdir ki, siz təkcə məsuliyyəti bölüşmürsünüz.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır” - Paşinyan


Bu gün Nikol Paşinyanın yerinə Lukaşenkoya cavab verdiniz. Daha sonra bu suala da cavab verdiniz ki, Nikol Paşinyan Türkiyəyə gedəcək, ya yox? Diqqət etdim ki, bir çox suallara cavab verirsiniz.

Artıq belə bir təəssürat yaranır ki, siz nəinki Nikol Paşinyanla məsuliyyəti bölüşməyə başlamısınız, həm də öz davranışınızla Nikol Paşinyanın sizi varis kimi hazırlaması ilə bağlı söz-söhbətləri təsdiq edirsiniz. Siz təkcə Lukaşenkoya deyil, Əliyevin də bəyanatlarına cavab verməyə hazırsınızmı?”.

Müxalifətçi deputat fikrini sona çatdıra bilməyib. Onun mikrofonu söndürülüb, xarici işlər nazirinin əvəzinə Nikol Paşinyan tribunaya yaxınlaşaraq öz övladlarını varisləri kimi təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO